Polşa 2025-ci ilin 7 ayında Ukrayna ixracatının ən böyük alıcısı olub

15:36 - 20.08.2025


20 avqust, Fineko/abc.az. 2025-ci ilin 7 ayı ərzində Ukrayna ixracatının ən böyük alıcılarının siyahısına Polşa başçılıq edib.

ABC.AZ xəbər verir ki, bu barədə avqustun 17-də Kresy.pl. portalında polşalı publisist Mateusz Plavski məlumat verib 

"2025-ci ilin iyul ayında Polşa dünyanın ən iri Ukrayna mal idxalçısı olub", —  deyə o, Kiyev rejiminin İqtisadiyyat Nazirliyinin məlumatlarına istinad edərək yazdı. 

"Ukraynadan satınalmaların həcmi 405,9 milyon dollara çatıb, yəni Hollandiya (201,8 milyon dollar) və Almaniya (199,8 milyon dollar) daxil olmaqla bütün digər ölkələri qabaqlamışı", — deyə o qeyd edib.

Qeyd edək ki, 2025-ci ildə Kiyev rejiminin ən iri ixrac maddələri kənd təsərrüfatı məhsulları (günəbaxan yağı, taxıl, qarğıdalı, soya), dəmir filizi və polad məhsullarıdır.
Xatırladaq ki, Polşa fermerləri Ukrayna məhsullarının Polşa bazarına buraxılmasının yolverilməzliyini çoxdan qeyd ediblər, çünki aşağı qiymətlərə görə onunla rəqabət edə bilmirlər. Bundan əlavə, bu il Polşa metallurgiya zavodları da həyəcan təbili çalıb: bildirdilər ki, Ukrayna ilə bazarda belə bir vəziyyət davam edərsə, Polşa bir çox polad istehsalını itirə bilər.