Yeddi ayda qaz ixracından gəlirləri 11% artıb

14:12 - 19.08.2025


19 avqust, Fineko/abc.az. 2025-ci ilin yeddi ayında Azərbaycandan 14,4 milyard kubmetr qaz halında təbii qaz ixrac edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, bu miqdarda qaz ixracından əldə olunan gəlir 5,3 milyard ABŞ dolları olub.
Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 625,1 milyon kubmetr və ya 4,5%, dəyər ifadəsi ilə 513,3 milyon ABŞ dolları, yaxud da 10,8% artıb.
Qaz ixracı 2025-ci ilin ilk yeddi ayının ixracına nisbətən 34,60% təşkil edib.