11:37 - 19.08.2025
19 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycandan 156 milyon 872 min dollar dəyərində 143 578 ton pomidor ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12.4% , miqdar ifadəsilə 23% çoxdur.
ABC.AZ bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, pomidor ixracı 2024-cü ilin eyni ayında Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 935 ton pomidor ixrac olunmuşdu.
Bu il ümumi ixracının 1.03%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 7.51%-i pomidorun payına düşüb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026