Dünya otel tikintisi rekordlar qırır: ABŞ, Çin və Böyük Britaniya liderdir

10:57 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Lodging Econometrics-in məlumatına görə, dünyada otel tikintisinin miqyası rekord həddə çatıb. Belə ki, hazılanma mərhələsində təxminən 2,5 milyon otaqlıq təxminən 16 min yeni obyekt var. İnşaat mərhələsində təxminən 6250 layihə var.

ABC.AZ xəbər verir ki, Avropa yeni otellərin 10,6% - ni təşkil edir, onlardan 1690-ı hazırlanma mərhələsindədir, potensial olaraq qitənin ümumi otaq Fonduna 250 min otaq əlavə edəcək. 

ABŞ və Çin 10 mindən çox otel və ya dünyada layihələrin ümumi sayının 64%-i ilə ən çox sayda yeni otel layihəsi olan ölkələr siyahısında liderdir. Daha sonra Hindistan, Səudiyyə Ərəbistanı və Kanada gəlir.
Böyük Britaniya Avropada 282 otel biznesi layihəsi ilə liderlik edir. Bunun ardınca Almaniya, Türkiyə, Fransa və Portuqaliya gəlir.
Avropa meqapolisləri arasında London (79 layihə) liderlik edir, ardından İstanbul, Lissabon, Özbəkistandakı Daşkənd və Dublin gəlir.