16:40 - 18.08.2025
18 avqust, Fineko/abc.az. SOCAR ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı (CIMA – The Chartered Institute of Management Accountants) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ABC.AZ quruma istinadla xəbər verir ki, memorandum CIMA-nın Londonda yerləşən Baş ofisində SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov və CIMA-nın icraçı direktoru Endryu Hardinq tərəfindən imzalanıb.
Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporativ idarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, həmçinin SOCAR-ın maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədi daşıyır.
Xatırladaq ki, dünyada idarəetmə mühasibatlığı üzrə aparıcı peşəkar təşkilatlardan biri olan CIMA 1919-cu ildə Böyük Britaniyada təsis edilib. Hazırda dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən CIMA maliyyə rəhbərləri və menecerləri üçün yüksəksəviyyəli təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir.
8 Avqust 2026
8 Avqust 2026