Yeddi ayda  xarici ticarət dövriyyəsinin məbləği açıqlanıb 

16:05 - 18.08.2025


18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 28 841.8 milyon dollara bərabər olub. 

ABC.AZ  Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki,  bu göstərici ötən illin eyni dövrünə nisbətən 7.3% çoxdur.

Son bir ildə ölkə üzrə ixrac 5.4% azalaraq 15 227 milyon  dollar təşkil edib. Əksinə, idxal isə 26.1% artaraq 13 614.8 milyon  dollara yüksəlib.
Xarici ticarət dövriyyəsinə 1 612.2 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3.3 dəfə az olub.