16:41 - 15.08.2025
15 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1495,9 milyon manat olub.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.
Qeyd olunur ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 757,7 milyon manat təşkil edib.