10:55 - 13.08.2025
13 avqust, Fineko/abc.az.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib.
ABC.AZ APA-ya istinadla xəbər verir ki, EIA-nın aylıq məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,72 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,18 mln. barel çoxdur.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 104,91 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 104,59 mln. barel)
Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,74 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,6 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026