14:48 - 12.08.2025
12 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 25,6 faizi İtaliya, 11,9 faizi Türkiyə, 10,3 faizi Rusiya, 8,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,7 faizi Birləşmiş Krallıq, 2,4 faizi ABŞ, 2,1 faizi Qazaxıstan, 2 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Rumıniya və Xorvatiya, hər biri 1,6 faiz olmaqla Yunanıstan, Gürcüstan və Bolqarıstan, hər biri 1,5 faiz olmaqla İsveçrə və Avstraliya, 1,3 faizi Portuqaliya, 1,2 faizi İran, 1,1 faizi Cənubi Afrika Respublikası, hər biri 1 faiz olmaqla Ukrayna və Özbəkistan, hər biri 0,9 faiz olmaqla Meksika və Yaponiya, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, ixracın 46,5 faizini İtaliyaya, 13,3 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, 3,5 faizini Çexiyaya, 3,2 faizini Xorvatiyaya, 3,0 faizini Rumıniyaya, hər biri 2,9 faiz olmaqla Bolqarıstan və Yunanıstana, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,4 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Birləşmiş Krallığa, hər biri 1,0 faiz olmaqla Niderland və İrlandiyaya, hər biri 0,8 faiz olmaqla Ukrayna və Serbiyaya, hər biri 0,6 faiz olmaqla Tailand və İndoneziyaya, 0,5 faizini Tunisə, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.