Azərbaycan nefti bahalaşıb

09:57 - 12.08.2025


12 avqust, Fineko/abc.az. Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

ABC.AZ xəbər verir ki,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,18 % artaraq 67,98 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.