Cari ildə aqrar və aqrar-sənaye məhsullarının ixracı 730,2 mln. dollar təşkil edib

17:44 - 8.08.2025


8 avqust, Fineko/abc.az. 2025-ci ilin yeddi ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon dollar və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon dollar və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon dollar və ya 30,4%,  qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon dollar və ya 19,1%, pambıq iplik 2,6 milyon dollar və ya 18,2%, çay 317 min dollar və ya 8,8% artıb.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir.

Yeddi ayda aqrar məhsullar 27.9% artaraq 551,4 milyon dollar, aqrar-sənaye məhsulları 7,3% artaraq 178.8 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22.1% artaraq 730,2 milyon dollar təşkil edib.