10:30 - 7.08.2025
7 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın elan etdiyi gömrük rüsumları qüvvəyə minib.
Bu barədə ABŞ KİV-i xəbər verir.
Xatırladaq ki, 31 iyulda Tramp 60-dan çox ölkədən idxal edilən mallara 15%-dən 41%-ə qədər gömrük rüsumlarının tətbiqi ilə bağlı fərman imzalayıb.
"Bloomberg" agentliyinin məlumatına görə, ABŞ-nin ticarət tərəfdaşları üç qrupa bölünüb. Əksər ölkələr üçün aprel ayından qüvvədə olan 10%-lik baza tarifi saxlanılıb. Bu tarif ABŞ-nin həmin ölkələrə ixracının idxaldan çox olduğu hallara şamil edilir.
15%-lik minimal rüsumlar kiçik ticarət kəsiri olan təxminən 40 ölkəyə şamil ediləcək.
Daha yüksək tariflər isə ABŞ ilə razılaşma imzalamamış və ya ABŞ-yə qarşı əhəmiyyətli ticarət üstünlüyü olan ölkələr üçün nəzərdə tutulub. (C) Trend.az