16:00 - 1.08.2025
1 avqust, Fineko/abc.az. Çində humanoid robot ilk dəfə Universitetdə aspiranturaya daxil olub. Hong Kongun SCMP qəzeti yazır ki, o, teatr, kino və Çin operasını öyrənəcək.
ABC.AZ xəbər verir ki, robotun boyu 170 sm, çəkisi 30 kq-dır, o, insanlarla qarşılıqlı əlaqə qura bilir, silikon dəri ilə örtülmüş üzü isə müxtəlif duyğuları ifadə edə bilir.
Robot Şanxay Teatr İnstitutuna daxil olun. Robotun öz tələbə vəsiqəsi olacaq, o, səhnə sənətləri dərslərinə qatılacaq, operaları məşq edəcək, tədrisin sonunda isə dissertasiya yazacaq.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026