Sabahdan Azərbaycan Suriyaya təbii qaz ixracına başlayır

15:59 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.

ABC.AZ xəbər verir ki, nu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək.

Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.