15:14 - 1.08.2025
1 avqust, Fineko/abc.az. İran prezidenti Məsud Pezeşkian avqustun 2-3-də Pakistana səfər edəcək. Bu, onun vəzifəyə başladığı gündən bəri Pakistana ilk dövlət səfəri olacaq.
ABC.AZ xəbər verir ki, səfər Pakistanın Baş naziri Şərifin dəvəti ilə baş tutacaq.
İran Prezidentini İranın xarici işlər naziri Abbas Əraqçının də daxil olduğu nümayəndə heyəti müşayiət edəcək.
Səfər zamanı Pakistan Prezidenti Zərdari ilə görüş və Pakistanın Baş naziri Şəriflə nümayəndə heyəti səviyyəsində danışıqlar planlaşdırılır.