Azərbaycan nefti ucuzlaşıb

10:26 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,94 ABŞ dolları, yaxud 1,27 % azalaraq 72,7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.