SOCAR 2025-ci ilin II rübü üzrə istehsal və ixrac göstəricilərini açıqlayıb

14:20 - 31.07.2025


31 iyul, Fineko/abc.az. 2025-ci ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 18 min metr qazma işləri aparıb, 1,8 milyon ton neft və 2 milyard kubmetr qaz hasil edib.

ABC.AZ xəbər verir ki, şirkətin qaz hasilatı həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.

Ümumilikdə ölkə üzrə 6,8 milyon ton neft və 12,7 milyard kubmetr qaz hasil edilib (artım — 1,4 %). Qaz ixracı 6,2 milyard kubmetr, daxili istehlak 2,4 milyard kubmetr (artım 6%) təşkil edib.

SOCAR-ın neft ixracının həcmi, beynəlxalq konsorsiumların gəlirli payları daxil olmaqla, 4,2 milyon ton təşkil edib. Bundan başqa, 1,5 milyon tondan çox neft və 766 milyon kubmetr qaz emal edilib ki, bunun da 570 min tonuna yaxın neft-kimya məhsulları ixrac edilib.