09:29 - 31.07.2025
31 iyul, Fineko/abc.az. Cümə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.
Saat 09:25-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti $0,28 (0,38%), bir barelə $72,96-a düşüb. 30 iyul ticarətinin nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $0,73 (1,01%) artaraq bir barel üçün $73,24-a yüksəlib.
Saat 09:25-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin sentyabr fyuçersi $0,15 (0,21%) azalaraq bir barel üçün $69,85-a düşüb. 30 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $0,79 (1,14%) – bir barel üçün $70,00-a yüksəlib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026