2025-ci ildə dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb

16:48 - 30.07.2025


30 iyul, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri və Andorra 2025-ci ildə dünyanın ən təhlükəsiz ölkələri hesab olunur.

ABC.AZ xəbər verir ki, bu barədə, iri statistik xidmət Numbeo-nun hesabatında deyilir. Bu ölkələr etibarlı hüquq-mühafizə sistemləri, siyasi sabitlik və aşağı cinayət nisbətləri ilə fərqlənir. Beynəlxalq investorlar, xaricilər və turistlər üçün cəlbedici ölkələrdir.

Anti-reytinqin liderləri isə Papua Yeni Qvineya, Venesuela, Haiti, Əfqanıstan və Cənubi Afrika adlandırılıb.