14:52 - 30.07.2025
30 iyul, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif (qiymət) Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi tənzimlənib.
ABC.AZ xəbər verir ki, Tarif (qiymət) Şurasından “Qafqazinfo”ya verilən məlumata görə, “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilmiş istilik təchizatı xidmətinin maya dəyəri 1 m² sahə üçün aylıq 1,10 manat təşkil edir.
Bildirilib ki, bu sahə üzrə mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır.
Qeyd edilib ki, hazırda alternativ isitmə variantlarından istifadə edən əhalinin 1 m² sahənin 1 aylıq xərci isitmə növlərindən asılı olaraq, 1 manata qədər dəyişir.
“Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat” ASC-nin dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaqdır.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026