10:19 - 30.07.2025
30 iyul, Fineko/abc.az. Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Qazaxıstandan Türkiyəyə 1,4 milyon ton neft nəql olunur.
ABC.AZ xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, ölkəsi Türkiyəyə məxsus neft şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayır:
“Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq”.
Dövlət başçısı əlavə edib ki, tərəflər iri layihələrin birgə həyata keçirilməsinə hazırdır. (APA)
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026