10:07 - 30.07.2025
30 iyul, Fineko/abc.az. ABŞ höküməti Hindistandan gətirilən mallara əlavə 20-25% rüsum tətbiq edəcək.
ABC.AZ xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. O qeyd edib ki, tərəflər ticarət razılaşmasına nail ola bilməsələr bu addımı atmaq məcburiyyətində qalacaqlar.
“Hindistan həmişə bizim yaxşı dostumuz olub, eyni zamanda Hindistan ən çox tarif tətbiq edən ölkələr sırasındadır”, – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ aprelin 2-də Hindistan mallarına 26% rüsum tətbiq edib, lakin sonra iki tərəfin ticarət razılaşmasına nail olması üçün onları dayandırıb. Bu müddət avqustun 1-də başa çatır. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qir dünən bildirib ki, Hindistanla danışıqlar aparmaq üçün bu ölkənin öz bazarını Amerika ixracatına açmaq istəyini qiymətləndirmək lazımdır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026