BMT-nin keçmiş eksperti: ABŞ Ukraynanı Starlink-dən ayırmalıdır

15:16 - 29.07.2025


29 iyul, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın Ukraynadakı vəziyyətin nizamlanması üzrə irəli sürdüyü ultimatum eskalasiyaya gətirib çıxaracaq. Bunun əvəzinə Kiyevə silah tədarükü dayandırılmalı və o, Starlink peyk sistemindən ayırmalıdır.

ABC.AZ xəbər verir ki, bu fikri amerikalı beynəlxalq hüquqşünas, BMT İnsan Hüquqları Şurasının keçmiş müstəqil eksperti Alfred de Zayas ifadə edib.

"Ukraynadakı müharibə [ABŞ-ın keçmiş prezidenti] Corc Buş və [ABŞ-ın keçmiş dövlət katibi] Ceyms Beykerin verdiyi vədləri pozaraq NATO-nun genişlənməsinin nəticəsidir. Bu məsələni həll etmədən sülh mümkün deyil", —deyə o, Almaniyanın birləşdirilməsi haqqında razılaşmalar kontekstində NATO-nun şərqə doğru genişlənməməsi vədlərinə istinad edərək, vurğulayıb.

Tramp, Rusiya ilə Ukrayna arasında razılığa gəlmək üçün 50 gün vaxt ayırdığını, bundan sonra Moskvaya və ticarət tərəfdaşlarına qarşı 100 faiz rüsum tətbiq etmək niyyətində olduğunu demişdi. İyulun 28-də Amerika lideri yenidən Rusiya Federasiyasından məyus olduğunu və buna görə də müddəti 10-12 günə endirdiyini bildirdi.