14:23 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Avrozonada istehlak qiymətləri indeksi avqust ayında illik müqayisədə 3.3%-ə yüksələrək 2023-cü ilin sentyabrından bu yana en yüksək həddə çatıb.
Eurostat-ın məlumatına görə, inflyasiyanın sürətlənməsinə əsas təkan verən amil enerji qiymətlərinin 14.3% bahalaşması olub. Ərzaq və enerji nəzərə alınmayan baza inflyasiyası 2.4%-ə, xidmət sektoru inflyasiyası isə 3%-ə geriləyib. Regionda işsizlik dərəcəsi isə 6.4% təşkil edib.
Qeydə alınan bu artım Avropa Mərkəzi Bankının (AMB) 10 sentyabr iclasında faiz dərəcələrini növbəti dəfə artıracağı ehtimalını tam rəsmiləşdirib. İran münaqişəsi fonunda inflyasiyanın 2%-lik hədəfdən yüksək qalması və region iqtisadiyyatının davamlılığı investorların monetar sərtləşmənin davam edəcəyi ilə bağlı gözləntilərini artırır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026