SOCAR ABŞ-nin “Comstock Resources” şirkəti ilə 1.65 milyard dollarlıq müqavilə imzaladı

16:19 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. SOCAR və ABŞ-nin “Comstock Resources, Inc.” şirkəti arasında strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalanıb.

Sənədə əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” upstream aktivlərində 20%, “Western Haynesville”də 15% (mənfəətlilik göstəricisinə əsasən 7.5%-ə qədər enə bilər) və “Pinnacle Gas Services LLC”dəki payının 15%-ni əldə edəcək.

Əməliyyatın ümumi dəyəri 1.65 milyard dollar təşkil edir. Yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı il tarixinədək imzalanması, əməliyyatın isə zəruri təsdiqlərdən sonra 31 dekabr 2026-cı il tarixinədək tamamlanması planlaşdırılır. “Comstock” aktivlərin operatoru olaraq qalacaq. Tərəflər, həmçinin təbii qazın beynəlxalq bazarlara çıxarılması üzrə əməkdaşlıq edəcəklər.