17:15 - 25.07.2025
25 iyul, Fineko/abc.az. İtaliyanın “Eni” şirkətinin xalis mənfəəti 2025-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Aprel - iyun ayları arasında korrektə olunmuş xalis mənfəət 1,13 milyard avro (təxminən 1,33 milyard dollar) olub, halbuki bir il əvvəl bu rəqəm 1,52 milyard avroya çatmışdı. Enişin əsas amilləri neft qiymətlərinin düşməsi və ABŞ dollarının zəifləməsi olub ki, bu da “Eni”nin qaz biznesinin gözləniləndən daha yüksək nəticələrini kompensasiya edib.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026