17:10 - 24.07.2025
24 iyul, Fineko/abc.az. Bakı və Bişkek Qırğızıstanın balıqçılıq sektorunun ehtiyacları üçün yem zavodunun tikintisi imkanını müzakirə edib.
ABC.AZ-ın məlumatına görə, bu məsələ Qırğızıstanın Balıqçılıq Departamenti və Azərbaycan nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.
"Tərəflər akvakultura sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edərək, balıqçılıq təsərrüfatları üçün keyfiyyətli yem istehsalı zavodunun işə salınmasının sektorun inkişafında mühüm addım olacağını vurğulayıblar. Görüş iştirakçıları qeyd ediblər ki, ixtisaslaşdırılmış infrastrukturun inkişafı balıq istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmağa, təsərrüfatların səmərəliliyini yüksəltməyə və Qırğızıstanın ərzaq təhlükəsizliyini gücləndirməyə imkan verəcək", - məlumatda qeyd olunub.
Görüşün sonunda Balıqçılıq Departamenti zavodun tikintisi layihəsinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi və Qırğızıstanın müvafiq qurumları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Yaxın vaxtlarda tərəflər arasında əlavə məsləhətləşmələrin keçirilməsi və əməkdaşlıq formatlarına dair təkliflərin hazırlanması planlaşdırılır. (Report)