11:04 - 24.07.2025
24 iyul, Fineko/abc.az. Bakıda yeni avtobus parkının tikintisinə başlanılır.
ABC.AZ xəbər verir ki, avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində Albalılıq ərazisində tikiləcək.
Belə ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işlərə yekun vurub.
MMC sözügedən işlərin icrasını “Bakıyaşayıştikinti” şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 12 922 360 manat ödənilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026