BFB rəhbəri ABB səhmlərinin ucuzlaşmasına münasibət bildirib

17:30 - 18.07.2025


18 iyul, Fineko/abc.az.  Kapital bazarlarında səhm qiymətlərində dəyişiklik investorların gözləntiləri ilə bağlıdır.

ABC.AZ Apa-ya istinadla xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O bildirib ki, investisiya şirkətlərinin üzərinə məlumatların yayılması baxımından böyük iş düşür:

"Geniş auditoriyaya bankın fəaliyyəti, gəlirləri barəsində geniş məlumat verilməlidir. Əgər investorların gözləntiləri müsbət yöndə olsa bankın səhmlərinin qiyməti yüksələ bilər"- deyə sədr əlavə edib.

Xatırladaq ki, ötən il səhmlərinin İPO-sunu keçirən ABB səhmlərinin qiyməti hazırda 25 qəpiyə enib.