17:21 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Azərbaycanda işlənmiş yağların emalı ilə məşğul olan, yəni işlənmiş yağdan yağ istehsal edən «Exol Azərbaycan» şirkəti ötən il maya dəyəri 3,5 milyon manata başa gələn yağları 6,2 milyon mianata sataraq 2,4 milyon manat qazanıb.
ABC.AZ xəbər verir ki, bu rəqəmlər şirkətin 2024-cü il üzrə açıqladığı maliyyə nəticələrində göstərilir.
Hesabata əsasən ötən il şirkətin cəmi əməliyyat gəlirləri, yəni satışdan daxil olmaları 6 milyon 151 min manat təşkil edib. Satışın maya dəyəri isə 3 milyon 547 min manat olub.
Bu xərclərdən sonra şirkətə 2 milyon 604 min manat ümumi mənfəət qalıb.
Başqa sözlə, ötən il «Exol Azərbaycan»ın məhsulların satışı üzrə satış marjası 73% təşkil edib.
Qeyd edək ki, şirkət artıq bir neçə ildir ki, məhsullarını belə böyük satış marjası ilə reallaşdırır və bu göstərici ildən ilə artır. Belə ki, 2021-ci ildə «Exol Azərbaycan» maya dəyəri 4,2 milyon olan məhsullarını 6,4 milyon manata (satış marjası 52%), 2022-cü ildə maya dəyəri 4,4 milyon manat olan məhsullarını 7,2 milyon manata (satış marjası 63%) satmışdı.
2023-cü ildə isə «Exol Azərbaycan»ın satdığı məhsulların mayı dəyəri 3,7 milyon manat, onların satış qiyməti 6,2 milyon manat olmuş, yəni satış marjası 67% təşkil etmişdi.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026