Rubio: ABŞ və Çin liderləri görüş keçirmək istəyir

18:26 - 11.07.2025


11 iyul, Fineko/abc.az. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin görüş keçirməyi planlaşdırırlar. 

ABC.AZ xəbər verir ki, Rubionun sözlərinə görə, hər iki tərəf görüşləri arzulayır. 

"Görüşmə ehtimalının yüksək olduğunu söyləməyimin səbəbi hər ikisinin bu görüşü istəməsidir. Tramp bu görüşün baş tutmasına hazırdır", — deyə M. Rubio bildirib.