Altı ayda pərakəndə ticarət dövriyyəsi artıb, ya azalıb?

16:05 - 11.07.2025


11 iyul, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz illik artımla 29 milyard 642 milyon manata, əhaliyə göstərilən ödənişli xidmətlər 9.5 faiz artımla 6 milyard 864.1 milyon manata çatıb.

ABC.AZ xəbər verir ki, əhalinin banklardakı əmanətləri, 2025-ci il 01 iyun vəziyyətinə görə 15 milyard 63 milyon manat olmaqla illik 10.1 faiz artıb. Kredit qoyuluşları, 2025-ci il 01 iyun vəziyyətinə 30 milyard 188.8 , milyon manatla illik 13.9 faiz artıb.

Ölkədə orta aylıq nominal əməkhaqqı, 9.1 faiz illik yüksəlişlə 1 095 manat olub.