14:21 - 11.07.2025
11 iyul, Fineko/abc.az. “Yayın sonu və payızın əvvəlində heyva, nar və əncirin bahalaşması ehtimalı var”.
ABC.AZ xəbər verir ki, belə fikri Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin professoru Natalya Prodanova səsləndirib.
Onun sözlərinə görə, siyasi vəziyyətin tənzimlənməməsi təqdirində qiymət artımı 10-15% təşkil edə bilər.
Mütəxəssis deyib ki, əlavə yoxlamaların tətbiqi Azərbaycandan məhsul idxalının avtomatik dayandırılması demək deyil. Onun sözlərinə görə, Rusiya bazarı Bakı üçün vacib istiqamət olaraq qalır və heç kim bu yeri itirməkdə maraqlı deyil. Onun sözlərində görə, iqtisadi məqsədəuyğunluq siyasi fikir ayrılıqlarını üstələyir və zamanla həll ediləcək.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026