Azərbaycan nefti ucuzlaşıb

10:15 - 11.07.2025


11 iyul, Fineko/abc.az. Dünya bazarında Azeri Light (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, Azeri Light markalı neftin qiyməti $1,62 (2,13%) azalaraq bir barel üçün $74,40-a düşüb.

Azeri Light neftinin minimum qiyməti 21 aprel 2020-ci ildə (bir barel üçün $15,81), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (bir barel üçün $149,66) qeydə alınıb.