11:35 - 10.07.2025
10 iyul, Fineko/abc.az. İlon Maskın X sosial şəbəkəsinin baş direktoru vəzifəsindən ayrılıb.
ABC.AZ xəbər verir ki, Linda Yakkarino gözlənilmədən 2023-cü ilin iyunundan bəri tutduğu vəzifədən istefa etdiyini bildirib.
"İki ağlasığmaz ildən sonra X-in baş direktoru vəzifəsindən ayrılmağa qərar verdim", — deyə o bildirib.
Yakkarino bu qərarın səbəblərini açıqlamayıb, ancaq Mask və onun komandasına təşəkkür edib. Bu müddət ərzində şirkət dəfələrlə qalmaqal və maliyyə çətinlikləri ilə üzləşib.
Mask özü bu məsələni şərh etməyib.
30 İyul 2026
29 İyul 2026