14:17 - 9.07.2025
9 iyul, Fineko/abc.az. Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində ”Birgə yol xəritəsi: Qlobal enerjinin gələcəyi” başlığı ilə 9-cu OPEC Beynəlxalq Seminarı işə başlayır.
ABC.AZ xəbər verir ki, qlobal enerji sənayesinin aparıcı tədbirlərindən biri sayılan bu seminarda OPEC və qeyri-OPEC ölkələrinin nazirləri, digər enerji istehsal edən və istehlak edən dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, enerji şirkətləri və maliyyə qurumlarının rəhbərləri, eləcə də sənaye liderləri, siyasətçilər, mütəxəssislər, alimlər və jurnalistlər iştirak edirlər.
Müasir formatda əsası 2001-ci ildə qoyulan seminarın məqsədi qlobal enerji sənayesinin əsas mövzularını müzakirəyə çıxarmaq, mövcud, yeni dialoq və əməkdaşlıq yollarını inkişaf etdirmək, təqdimat və panel müzakirələr vasitəsilə enerji sənayesinə qısa, orta və uzunmüddətli perspektivdə təsir göstərən amil və mövzulara müxtəlif prizmalardan yanaşmaları bir araya gətirməkdir.
Azərbaycanı seminarda energetika naziri Pərviz Şahbazov və Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev təmsil edirlər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026