11:23 - 4.07.2025
4 iyul, Fineko/abc.az. Düyünün dünya əmtəə bazarındakı qiyməti 100 funt üçün 12.6134 ABŞ dolları təşkil edir.
ABC.AZ xəbər verir ki, 2025-ci il iyulun 4-nə olan göstəricilərə əsasən, sadə hesabla bu o deməkdir ki, 45 kiloqramlıq bir kisə düyünün qiyməti 12.6134 dollardır.
Bu isə 1 kiloqram üçün təxminən 0.280 dollar, yəni 28 sentə yaxın edir. Əgər bu məbləği Azərbaycan manatı ilə hesablasaq, 1 kiloqram düyünün dünya əmtəə bazarındakı dəyəri təqribən 48–49 qəpik arasında dəyişir.
Qeyd edək ki, bu göstərici əvvəlki günlə müqayisədə cəmi 0.01% azalma deməkdir.
Qısa müddətli dəyişikliklər nəzərəçarpacaq dərəcədə zəif olsa da, daha geniş zaman çərçivəsində qiymətlərdə ardıcıl və ciddi geriləmə müşahidə olunur.
Son 1 həftədə düyü qiymətləri 3.27% azalıb, son 1 ayda isə bu enmə 6.53%-ə çatıb. İlin əvvəlindən bəri qiymətlərdə 10.06% ucuzlaşma qeydə alınıb. Ən kəskin dəyişiklik isə illik müqayisədədir: düyü qiymətləri son 1 ildə 25.52% dəyər itirib. Bu dinamika bazarda tələbatın zəifləməsi, mövsümi dəyişikliklər və tədarükdəki balanssızlıqla əlaqələndirilir.
21 Sentyabr 2026
21 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026