Fransada ərzaq məhsullarının bahalaşması ilə bağlı xəbərdarlıq edilib

10:59 - 4.07.2025


4 iyul, Fineko/abc.az. Fransada məhsulların istehlak qiymətləri inflyasiyanın və dünya qiymətlərinin azalmasına zəif reaksiya verir.

ABC.AZ xəbər verir ki, bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə assosiasiyadan bildiriblər.

Onların sözlərinə görə, müvəqqəti dalğalanmalarla deyil, aqro-ərzaq sektorunda dərin dəyişikliklərlə bağlı davamlı yüksək ərzaq qiymətlərinin yeni dövrü başlayır.

Məsələn, fransızlar arasında populyar olan dilimlənmiş steykin qiyməti 2021-ci ildəki kq başına 11 avrodan 2025-ci ildə 15,55 avroya yüksəlib. Eyni zamanda, daha ucuz məhsullar üçün də pərakəndə qiymətlər böyük ticarət marjaları səbəbindən yüksək olaraq qalır.