Neft ucuzlaşır, Brent bir barel üçün $68,56 təşkil edir

09:24 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün artdıqdan sonra cümə axşamı hərracda azalır.

Saat 09:20-yə  olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti $0,55 (0,80%) azalaraq bir barel üçün $68,56-a düşüb. İyulun 2 – də keçirilən hərracların nəticələrinə görə, Brent-in sentyabr fyuçersləri $2,00 (2,98%) artaraq bir barel üçün $69,11-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:20-yə olan məlumata görə, $0,52 (0,77%) azalaraq bir barel üçün $66,93-a düşüb. İyulun 2-də keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $2,00 (3,06%) bahalaşaraq bir barel üçün $67,45-a yüksəlib.