Çinlilər meyvələrin saxlama müddətini 2,5 dəfə uzadan örtük hazırlayıblar

14:18 - 1.07.2025


1 iyul, Fineko/abc.az. Çinli alimlər, nəm itkisini və mikrob böyüməsini azaldaraq meyvələrin saxlama müddətini uzada bilən yeməli, asanlıqla yuyulan bir protein əsaslı örtük hazırlayıblar. 

ABC.AZ xəbər verir ki, bu, Şansi pedaqoji universitetin tədqiqat müəllifləri Nature Communications jurnalının iyun sayında danışıblar.

Çiyələk, pomidor, kivi və manqo da daxil olmaqla 17 növ bütöv və doğranmış meyvələr üzərində aparılan testlər göstərib ki, örtük, hər kiloqram üçün cəmi 9 ABŞ senti dəyərində çürüməni bir həftə və ya daha çox müddətə təsirli şəkildə gecikdirir.