16:48 - 30.06.2025
30 iyun Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 106,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 6 milyon ABŞ dolları və yaxud 5,9 % çoxdur.
5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026