“Nissan” ötən ili 4.5 milyard dollar həcmində xalis zərərlə başa vurub

09:58 - 30.06.2025


30 iyun Fineko/abc.az.  Yaponiyanın avtomobil istehsalçısı “Nissan” ötən ili 4.5 milyard dollar həcmində xalis zərərlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə  Carscoops.com məlumat yayıb. 

Bununla yanaşı, “Nissan” şirkətinin dividend ödənişlərini dayandırdığı bildirilir.

Avtomobil istehsalçısı itkiləri aktivlərin dəyərsizləşməsi və restrukturizasiya xərcləri ilə izah edir.

Məlumata görə, “Nissan” ölkə daxilində və xaricdəki zavodlarını bağlamağı da planlaşdırır.