12:09 - 25.06.2025
25 iyun, Fineko/abc.az. İran İslam Respublikası Parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın dayandırılması haqqında qanun qəbul edib.
ABC.AZ xəbər verir ki, sənəd dərhal qüvvəyə minir və vurğulandığı kimi, ölkənin nüvə infrastrukturuna qarşı son təcavüz aktlarına cavabdır.
Qanunun mətninə görə, BAEA müfəttişlərinin, nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana və İranın elmi və müdafiə obyektlərinə hücum rəsmi olaraq qınanana qədər İranın nüvə obyektlərinə girişi tamamilə qadağandır.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026