Azərbaycan 2030-cu ilədək fintex sahəsində müvafiq məqsədləri hədəfləyib

10:32 - 24.06.2025


24 iyun, Fineko/abc.az. 2030-cu ilədək 600 milyard dollardan çox, təqribən 700 milyard dollara yaxın fintex bazarına vəsait cəlb ediləcək. Azərbaycan da 2030-cu ilədək bu sektorda müvafiq məqsədləri hədəfləyib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışında deyib.

O bildirib ki, hazırda əsas diqqət yetirilməli istiqamətlərdən biri fintex sahəsidir:

"Biz artıq banka bir platforma biznesi kimi baxmalıyıq. Yəni bank artıq filal əsaslı, filial əsaslı mərkəz deyil. Biz bunu qəbul edirik ki, bank artıq platformadır. Cənab Prezidentin tapşırığı odur ki, biz bu platforma biznesini inkişaf etdirək. Bu, çox vacib məsələdir".

Müəllif: Elmir Murad