Pavel Durov işlə bağlı risklərə görə vəsiyyət edib 

12:08 - 19.06.2025


19 iyun, Fineko/abc.az. Telegram messencerinin qurucusu Pavel Durov bu yaxınlarda vəsiyyət edib, çünki onun işi risklərlə bağlıdır. 

ABC.AZ xəbər verir ki, bu barədə 40 yaşlı rusiyalı iş adamı Fransanın Le Point jurnalına bildirib.

"Azadlıqların qorunması səbəbindən güclü dövlətlər də daxil olmaqla bir çox düşmən meydana çıxır. Uşaqlarımı və qurduğum Telegram şirkətini qorumaq istəyirəm. Telegramın müdafiə etdiyim dəyərlərə əbədi sadiq qalmasını istəyirəm", — Durov deyib.

Vəsiyyətnaməyə görə, Telegram qurucusunun övladları onun sərvətinə yalnız 30 ildən sonra sahib ola biləcəklər. 
Sahibkar etiraf edib ki, onun 12 ölkədə 100-dən çox bioloji övladı var.