14:20 - 17.06.2025
17 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 0,47 milyon barel təşkil edib.
ABC.AZ Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir ki, bu ilin aprel ayında bu göstərici gündəlik 0,45 milyon barel olub.
IEA analitiklərinin hesablamalarına görə, mayda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan gündəlik 0,08 milyon barel geri qalıb.
Bundan əvvəl OPEC-in aylıq hesabatında bildirilib ki, may ayında Azərbaycanda orta gündəlik neft hasilatı sutkada 0,462 milyon barel təşkil edib. Kvotadan geri qalma 0,089 milyon barel olub.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026