Azərbaycana ən çox turist Rusiyadan gəlir

17:29 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycana 979,9 min xarici vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

ABC.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin may ayında ölkəyə 244 min nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu, 2024-cü ilin may nisbətdə 2 faiz, cari ilin aprel ayına nisbətdə isə 7,1 faiz çoxdur.

2025-ci ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Rusiya - 241,1 min

Türkiyə - 173,4 min

Hindistan - 104,4 min

İran – 84,2 min

Gürcüstan – 43 min

Qazaxıstan – 35 min

Səudiyyə Ərəbistanı – 28,5 min

Pakistan – 27,7 min

İsrail – 20 min

Birləşmiş Ərəb Əmirlikləri – 19,5 min