EIA: ABŞ-da neft hasilatı 2021-ci ildən bəri ilk dəfə azalacaq

16:53 - 11.06.2025


11 iyun, Fineko/abc.az. 2026-cı ilin dördüncü rübündə ABŞ-da neft hasilatı gündəlik 13,3 milyon barelə enə bilər.

ABC.AZ xəbər verir ki, bu , ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) proqnozundan irəli gəlir.

Bu, COVID-19 pandemiyasının başlanğıcından bəri hasilatın ilk azalmasıdır.

Hazırda ABŞ gündə rekord 13,5 milyon barel neft hasil edir. Lakin Baker Hughes neft servisi şirkətinin məlumatına əsasən, ötən həftə ölkədə 442 qazma qurğuları işləyirdi ki, bu da 1 il əvvəl olan göstərici ilə müqayisədə 50 dəfə azdır. Bu, 2021-ci ilin oktyabr ayından etibarən qazma qurğularının ən aşağı miqdarıdır.

Neft qiymətlərinin azalmasına cavab olaraq hasilat şirkətləri kapital xərclərini, o cümlədən qazma xərclərini azaldırlar. EIA-nın proqnozuna görə, qiymətlərin enməsi davam edəcək: 2025-ci ilin sonuna qədər bir barel üçün $61-a, 2026-cı ildə isə $59-a düşə bilər.

Hazırda WTI markalı neftin qiyməti bir barel üçün $65-dən aşağıdır ki, bu da şist yataqları üçün rentabellik həddindən aşağıdır.