15:42 - 11.06.2025
11 iyun, Fineko/abc.az. BP strategiyasının yenidən nəzərdən keçirilməsi və kapitallaşmasının azalması fonunda Abu Dabi Milli Neft Şirkəti (Adnoc) Britaniya nəhənginin əsas aktivlərinin alınmasını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, əsas maraq qaz və LNG layihələri, eləcə də pərakəndə biznesdir.
Hər hansı əqd, çox güman ki, Adnoc-un beynəlxalq bölməsi olan XRG vasitəsilə həyata keçiriləcək. Bu bölmə qaz və kimya sahəsində genişlənməyə yönəlib və artıq aktivlərini 80 milyard dollara çatdırmaq planlarını elan edib. Bununla belə, aktivlərin alınması ilə bağlı yekun qərar hələ qəbul edilməyib və Adnoc bu sövdələşmədən imtina edə bilər.
Aktivlərin mümkün satışı BP-nin strategiyasına yenidən baxması ilə əlaqəlidir: uzun müddət “yaşıl keçid”ə yönəlmiş şirkət yenidən neft və qaza üstünlük verməyə başlayıb və profilə daxil olmayan bizneslərini satmağa hazırdır. Son bir ildə BP-nin kapitallaşması üçdə bir azalaraq 80 milyard dollara düşüb.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026