16:59 - 3.06.2025
3 iyun, Fineko/abc.az. 2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq ki, bunun da 4 giqavatı ixrac ediləcək.
ABC.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək.
“Son illər yaşıl enerjiyə investisiya yatırırıq. Biz hazırda 4 interkonnektor layihəsinə başlamışıq. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 2035-ci ildən sonra hidrogen istehsalına başlayacağıq”, – deyə o bildirib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026